İKT

Orta yaşlı insanlar üçün olan büdcəli Galaxy Wide 3 təqdim olundu
25 MAY
536

Orta yaşlı insanlar üçün olan büdcəli Galaxy Wide 3 təqdim olundu

2018-05-25 19:31:00

Samsung şirkəti büdcəli Galaxy Wide 3 smartfonunu təqdim edib. Bu model daha öncədən satışa çıxmış Galaxy Wide və Wide 2 modellərinin davamçısıdır. Qeyd etmək lazımdır ki, Galaxy Wide seriyası əsasən orta yaşlı insanlar üçün nəzərdə tutulub. O adamlar hansılara ki, əsasən şəbəkə əlaqəsi və müasir trendlərə sahib olmayan bəzi texnoloji funksiyalar lazımdır. Sorğuya əsasən məlumdur ki, Galaxy Wide 2 smartfonundan istifadə edən insanların 70%-i 40 yaşlı insanlardır.


Beləliklə Galaxy Wide 3 16:9 nisbətli 5.5 inç HD ekran, modeli bilinməyən və 1.6 GHz tezlikdə çalışan 8 nüvəli prosessor, 2 GB RAM, 16 GB daxili yaddaş (400 GB-a kimi microSD dəstəyi), f/1.7 diafraqmalı 13 MP-lik arxa kamera, f/1.9 diafraqmalı 13 MP-lik ön kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonda barmaq izi skanı texnologiyası olmasa da istifadəçi üzünün skanı texnologiyası mövcuddur. Galaxy Wide 3 Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Smartfon Cənubi Koreyanın SK Telecom mobil operatorunda 275$ qiymətinə satılacaq. Onun beynəlxalq bazarda satılıb-satılmayacağı isə hələki bilinmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256