İKT

Apple, haqqınızda bildiyi hər şeyi yükləyə biləcəyiniz bir xidmət təqdim etdi!
24 MAY
246

Apple, haqqınızda bildiyi hər şeyi yükləyə biləcəyiniz bir xidmət təqdim etdi!

2018-05-24 15:34:00

Son dövrlərdə artan məlumat təhlükəsizliyi problemləri sonrasında Apple, sizə dair yığdığı hər məlumatı yükləyə biləcəyiniz bir xidməti qüvvəyə saldı.
Ötən il içərisində bir-birinin ardınca üzə çıxan təhlükəsizlik skandallarından hardasa heç təsirlənməyən böyük şirkətlərdən biri də Apple olmuşdu. Istifadəçiləri bəzən sıxacaq qədər qarışıq və çətin təhlükəsizlik tədbirləri tətbiq edən Apple, bu siyasətinin meyvəsini də yığdı.

Apple, istifadəçilərinin daha təhlükəsiz hiss etməsi üçün qərarlıdır. Yeni xidmətə başlayan bir web saytı sayəsində həm Appleda olan məlumatları tamamilə kompüterinizə yükləyə bilər, həm də keçmişdə olduqca qarışıq olan hesab silmə əməliyyatını də asanlıqla reallaşdıra biləcəksiniz.
İlk olaraq buraya klik edərək Applein yeni təhlükəsizlik səhifəsinə daxil olmalısınız. Apple ID və şifrənizlə daxil olduqdan sonra sizləri aşağıdakı kimi bir səhifə qarşılayacaq.


Bu səhifədə ilk sırada yerləşən opsiyona klik edərək, açılan səhifədə bütün nişanları seçməlisiniz.

Bu gördüyünüz səhifədə isə endirmək istədiyiniz maksimum məlumatların ölçüsünü seçirsiniz. Bu mərhələdə bütün məlumatlarınızı yükləmək istəyirsinizsə, maksimum ölçüsü seçməlisiniz və sorğunuzu tamamlamalısınız.
Bu mərhələdə əhəmiyyətli bir nöqtəyə toxunmağa ehtiyac var: Hələ bu xidmət ölkəmizdə aktiv deyildir Qısa müddət içərisində gəlməsini gözlədiyimiz bu xüsusiyyət sonrası saytın interfeysində hər hansı bir dəyişiklik olmayacaq.

Eləcə də bax: Whatsapp və Instagram üçün maraqlı yeniliklər gəlir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267