İKT

Whatsapp və Instagram üçün maraqlı yeniliklər gəlir
23 MAY
446

Whatsapp və Instagram üçün maraqlı yeniliklər gəlir

2018-05-23 22:03:00

edəcəyimiz yeniliklər gələn həftə(Qlobal olaraq yayımlansa da Azərbaycana bir müddət sonra gələ bilər) yenilənmə ilə istifadəçilərə təqdim ediləcək. Bu yeniliklərin nələr olduğuna baxaq.

1. İnstagram-a "Səssizə almaq" funksiyası gəlir. Follow etdiyiniz, amma paylaşımlarını görmək istəmədiyiniz profilləri seçmək mümkün olacaq.    

Bəzən Follow etməli olduğumuz profillər olur, lakin ya paylaşımlarını görmək istəmirik, ya da çox paylaşım edir deyə Ana Səyfəmizi işğal edir. Instagram artıq paylaşımını görmək istəmədiyimiz profilləri seçməyə imkan verəcək. "Mute" adı verilən funksiya hesabına seçdiyimiz profilin paylaşımları görməyəcəksiniz, lakin follow-unuzda qalmağa davam edəcək. Həmçinin eyni anda həmin profilin Storylər(Hekayələr) və Paylaşımlarını da səssizə alaraq görməyə biləcəksiniz. 

2. Whatsapp və Facebook inteqrasiyası daha çox olacaq.    

Facebook və Whatsapp arasındakı inteqrasiyanın artmasını istəyən şirkət yaxın günlərdə Facebook-daki paylaşımların birbaşa Whatsapp ilə göndərilməsinin mümkün olmasını planlayır. Artıq Facebook paylaşımlarının altında Paylaş seçiminə daxil olanda Whatsapp ilə paylaş tərzində bir seçim görəcik. Çox güman ki, bir müddət sonra Messenger ilə Whatsapp arasındakı əlaqə də artacaq. Bildiyimiz kimi Instagram-da Story paylaşarkən Facebook Messenger proqramında da paylaşmaq olurdu. Məlumatlara görə artıq eyni anda bir Story-ni həm Whatsapp, həm Messenger, həm də İnstagram üzərindən paylaşmaq mümkün ola bilər. 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253