İKT

Hər bir ehtiyacı qarşılaya bilən 51.200 mAh olan Portativ Powerbank – VİDEO
23 MAY
445

Hər bir ehtiyacı qarşılaya bilən 51.200 mAh olan Portativ Powerbank – VİDEO

2018-05-23 14:47:00

İnkişaf edən texnologiya ilə yanaşı, elektrikə olan asılılığımız da əhəmiyyətli dərəcədə artmışdır. Bu nöqtədə bizlər üçün həyati olan ehtiyacımızı powerbanklar qarşılayır.
Uzun bir təbiət səyahətinə çıxmısınızsa və ya avtomobilinizdə "ehtiyat igidin yaraşığıdır" deyərək powerbank daşımaq istəyirsinizsə, bir azdan sizə tanıdacağımız portativ cihaz, əminəm ki bütün ehtiyaclarınızı rahatlıqla qarşılayacaq. Ölçüsü səbəbiylə kürək çantanızda belə saxlaya biləcəyini River Bank; düşərgədə, və ya digər bütün çətin vəziyyətlrdə sizlərə asanlıqla çata bilər. Milyonlarla adamın istifadə etdiyi və bu səbəblə də tanıdığı cihaz firması, ən böyük güc tutumlu powerbank olduğunu da iddia edir.

İddiaların doğruluğu naməlumdur ancaq məhsul görüntü etibarı ilə də olduqca qəşəng görünür. Mövcud şarj vəziyyətini göstərən ekranı sayəsində sizi yarı yolda qalmaqdan qurtaran bu texnologiya firması, qutu içərisində sizə ehtiyacınız olan hər şeyi göndərir. 3 modula ayrıla bilən cihazın modulları ilə, eyni anda bir çox şey şarj edə bilirsiniz.
Adama görə xüsusiləşdirmə imkanı təqdim edən River Bank, xüsusilə fotoqraflar üçün möhtəşəm bir seçim olacaq. Hərəkət halındaykən belə istifadə edə biləcəyiniz bu cihazı, eyni anda 6 fərqli elektrik ehtiyacında istifadə edə bilərsiniz. Bunlara əlavə olaraq istifadəçilər River Bankın tipik bir ştepselə taxaraq və ya günəş enerjisini istifadə edərək təkrar doldurulmasını edə bilərlər. USB və USB-C-dəstəkləyən powerbank ilə ağıllı telefon kabelsiz olaraq şarj edə bilərsiniz.
Son olaraq cihazın qiymətinə da toxunmaq istəyirəm. Cihazın bir çox PowerBankın xüsusiyyətləri ilə fərqləndiyini gördünüz. Bu səbəblə də çox cüzi bir qiymətə sahib deyil. Təxminən 1.136 dollar olan cihaz, sizlərə hər şey daxil bir paket təqdim edir. Daha çox professional kəslər üçün uyğun olacağını ifadə etmək istəyirəm, və bununla yanaşı cihazın saytını araşdırsanız, fərqli parçalar üçün fərqli qiymətlər olduğunu da görəcəksiniz. Bu nöqtədə əgər siz də cihazın detallarını görmək və araşdırmaq istəyirsinizsə buraya klik edin.

Eləcə də bax: Büdcəli Galaxy J seriyası davam edir: Galaxy J4 (2018) təqdim olundu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259