İKT

Yanvar-aprel aylarında elektrik avadanlığı istehsalı 98,5 faiz artıb
23 MAY
107

Yanvar-aprel aylarında elektrik avadanlığı istehsalı 98,5 faiz artıb

2018-05-23 11:49:00

2018-ci ilin yanvar-aprel aylarında kompüter, elektron və optik məhsulların, elektrik avadanlığının istehsalı sahələrində 89,1 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 6,1 faiz azalıb, elektrik avadanlığının istehsalı isə 98,5 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 5,0 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,9 dəfə artıb, məişət soyuducularının istehsalı isə 38,5 faiz azalıb.

Eləcə də bax: Xiaomi Mi 8 gəlir: Şirkət fərqli addımlar atır – VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267