İKT

Instagram üçün bir yenilik daha: 48 saat bildirişi
23 MAY
271

Instagram üçün bir yenilik daha: 48 saat bildirişi

2018-05-23 11:16:00

Son aylarda sosial medyalar üçün bir yenilik eşidirik. Bu səfər YENƏ Instagram üçün bir yenilikdən bəhs edəcik.Facebook daxilində olan bu platforma üçün demək olar ki, 1-2 həftədə başqa başqa yeniliklər çıxır. Bu səfərki isə paylaşılan postlar (paylaşımlar) ilə bağlıdı.

Artıq istifadəçilər Instagram-da 48 Saat ərzində paylaşılan bütün postlara baxdıqlarında bunu bildiriş şəklində alacaqlar.    

Eləcə də bax: "Instagram"da istifadəçilərin profil və paylaşımlarını gizlətmək artıq mümkündür

Alqoritmadaki dəyişikliklər səbəbi ilə Instagramda paylaşımlar xronolojik olaraq artıq görünmürdü. Bu səbəbdən istifadəçilər saatlarla bu platformada ola bilirdilər. İndi isə 48 saat ərzində paylaşılan bütün paylaşımları gördüyünüzdə bu sizə bildiriş şəklində göstəriləcək və bunun hesabına 48 saatdan daha əvvəl paylaşılan postlar maraqlı olmadığı təqdirdə sosial şəbəkəni tərk edə biləcəksiniz.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256