İKT

"Instagram"da istifadəçilərin profil və paylaşımlarını gizlətmək artıq mümkündür
23 MAY
151

"Instagram"da istifadəçilərin profil və paylaşımlarını gizlətmək artıq mümkündür

2018-05-23 09:37:00

 "Instagram" sosial şəbəkəsinə yeni "Mute" düyməsi əlavə olunub. Bu düymənin köməkliyi ilə hər hansı bir istifadəçinin paylaşımlarını onu dostluqdan silmədən gizlətmək mümkündür.

“Report” xəbər verir ki, bu barədə çərşənbə axşamı sosial şəbəkənin bloqunda məlumat yerləşdirilib.

Həmin funksiyanı aktiv etmək üçün foto və ya istifadəçinin profilinin yuxarı küncündəki "…" işarəsini sıxmaq lazımdır. Paylaşımları gizlədilən profil istifadəçisinin bundan xəbəri olmayacaq. Eyni üsulla həmin funksiyanı yenidən deaktiv etmək mümkündür.

Müəyyən istifadəçilərin paylaşımlarının müvəqqəti və ya birdəfəlik gizlədilməsi funksiyası "Facebook" və "Twitter" sosial şəbəkələrində də var.

Eləcə də bax: Xiaomi Mi 8 gəlir: Şirkət fərqli addımlar atır – VİDEO

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0067
  • ₽ RUB
    0.0272