İKT

Tanıyın: İNTEGRAL
22 MAY
339

Tanıyın: İNTEGRAL

2018-05-22 14:47:00

İnteqral şirkəti yaradıldığı 1997-ci ildən başlayaraq, bütün ölkə üzrə müasir salonlar və ölkədən kənara qədər inkişaf edilmiş geniş diler şəbəkəsi ilə ölkəmizdə telekommunikasiya xidmətləri və məişət texnikası sahələrində ən mühüm oyunçulardan biridir. 
Şirkət dükanlardan birində bir neçə adamdan ibarət və telefon satışı və xidməti ilə məşğul olan kiçik bir ticarət məntəqəsindən, tərkibində 350 nəfərdən çox işçilər olan böyük şirkətə qədər uzun bir yol keçmişdir. Və indiki zamanda ən geniş spketrli telekommunikasiya və məişət texnikası bazarına aid – ev üçün kompyüter avadanlıqları, o cümlədən televizorlar, monitorlar, soyuducular və paltaryuyan maşınlar kimi mallar və xidmətlər, həmçinin mobil rabitə üçün əsas cihazlar – smartfonlar, planşetlər və digər, Samsung, Huawei, ZTE və Motorola kimi brendlərin rəsmi distribyuteri olaraq fəaliyyət göstərir. O zamanlar isə, 20 il bundan əvvəl, diqqət cəlb etməyən, minlərlə rabitə salonlarının birində yerləşən şirkətin tərkibində cəmi üç nəfər var idi – iki həmtəsisçi və telefonların satışı ilə məşğul olan bir satıcı xanım. Bu hətta dükan da sayılmazdı – sadəcə böyük dükanlardan birində kiçik bir masa idi. Biznesin başlanğıcına əsas qoyulan məbləğ indiki zaman üçün çox gülməli sayılardı – cəmi 4.827 dollar. 1998-ci ildə, mobil operator Azercell ilə yaxın tanışlıqdan sonra, İnteqral şirkəti onun rəsmi distribütoru olaraq, telekommunikasiya bazarına yol açdı və Azercell şirkətinin telefon nömrələrini topdan və pərakəndə alıb satmaq imkanını əldə etdi. Şirkətin dövriyyələri böyük sürətlə qalxmağa başladı. O vaxtlar üçün qazanılan yüksək mənfəət şirkətin gələcək müvəffəqiyyəti üçün əsas oldu. Həmfikirli insanlardan ibarət məqsədlı bir komanda yığıldı. Sonra isə riskli, lakın strateji nöqtədən çox vacib bir addım atıldı – Samsung şirkətinin rəsmi distribütorluğu əldə edildi. O vaxtlar bu şirkətin brendi maraqsız imicli və zəif satılan idi. Lakin Samsung şirkəti ilə birgə səylər nəticəsində bu gedişat dəyişildi və bu gün onun məhsulları Azərbaycanın telekommunikasiya bazarında dəyişilməyən yüksək tələbata malıkdır. 
BƏS SONRA NƏLƏR OLDU? 2000-ci ildə Samsung telefonlarına aid şou-rum açıldı. Şirkət yaxşı gəlir əldə edib lotereya biletlərinin satışı ilə məşğul olmağa başladı. Bunun nəticəsində şirkətin talısmanına çevrilən ВАЗ 2107 avtomobili uduldu – o zaman ən yaxşı satılan avtomobillərən biri idi. O vaxtdan etibarən şirkətin inkişafında radikal dəyişikliklər baş verməyə başladı, işlər daha böyük uğurla davam etdi və buna görə də avtomobil indiki zamana qədər heç bir halda satılmır və şirkətin uğur simvolu kimi saxlanılır. 
2004-cü ildə həmin şou-rum əsasında Azercell Express müştəri xidmətləri Mərkəzi yaranır. İnteqralın Servis Mərkəzi Samsung şirkəti tərəfindən Cənubi Qafqazda ən yüksək yetkiləndirmə səviyyəsi olan adını qazanmışdır. Həmin ildə İnteqral şirkəti 2004-cü ilin ən yaxşı distribütoru kimi UĞUR premiyasına namizəd olmuşdur. 2005-ci ildə isə daha bir səlahiyyətli servis mərkəzi açılır və İnteqral TCL&AlcatelMobilePhones şirkətinin rəsmi distribütoru olur. Və nəhayət, Tbilisi şəhərində keçirilən Samsung Mobile konfransında şirkət korporasiyanın Cənubi Qafqazda strateji vacib tərəfdaşı elan edılır. Bundan əvvəl, 2001-ci ildə, mobil telefonların təmiri və xidməti üzrə yüksək texnologiyalı avadanlıq, diaqnostika və nasazlıqların ardan qaldırılması üçün lazım olan çoxsaylı alətlərlə təchiz edilmiş unikal servis mərkəzi – GSM Service açılmışdır. Mobil telefonlar üçün lazım olan aksessuarlar və ehtiyyat hissələri birbaşa Cənubi Koreyadan əsas istehsalat zavodundan gətirilirdi. Və İnteqralın Servis Mərkəzi digər çoxsaylı qeyri rəsmi təmir mərkəzlərindən məhz bununla fərqlənirdi. Servis mərkəzinin işçiləri istehsalçı şirkətlərin keçirdiyi treninqlərdə öz ixtisaslarını daima yaxşılaşdıran mühəndislərdir. Samsung şirkətinin mütəxəssisləri ilə birlikdə onlar mobil telefonlara azərbaycan dili ayarlarını və həmçinin servis mərkəzinin iş prosesini avtomatlaşdıran proqram təminatı quraşdırmışdılar. Bu da telefon aparatının qəbulundan başlayaraq, onun ehtiyyat hissələrinin, detalların istehsalçı şirkətdən sifariş edilməsi və təmirin dəyəri ilə birlikdə təhvil edilməsinə qədər bütün təmir prosesini nəzarət altında saxlamaq imkanını verir. 2006-ci ildə GSM Service.az “Keyfiyyət nişanı, hi-tech xidmətlər 2006” namizədliyində UĞUR premiyasını qazanmışdı. 
Faktiki olaraq, İnteqral şirkəti telekommunikasiya cihazları xidmətlərinin qabaqcıl texnologiyalarının tədbiqi üzrə pioner olmuşdu. 
Topdan satış şöbəsinin genişlənməsi şirkətin dinamik inkişafının davamı oldu, və bunun nəticəsində, özünəməxsus bir şəbəkə yaradaraq, ölkənin ən böyük şəhərləri və bölgələrini əhatə edən dilerlərin sayı çoxalır. 2006 – ci ilin 22 iyul tarixində isə alıcıları ən sərfəli qiymətlərlə böyük çeşidli assortimenti və yüksək səviyyəli xidməti ilə təəcübləndirən ilk “Telefon” pərakəndə satış dükanı açılır. Birinci dükanın dövriyyəsi o qədər də böyük sayılmazdı. Lakin bir il keçmədən “Telefon” şəbəkəsinin dövriyyəsi 30 dəfə yüksəldi. Bu rəqəmlər şəbəkəni satışlar üzrə liderlər üçlüyünə qaldırdı. 2006-ci ilin axırına yaxın isə “Telefon” dükanlar şəbəkəsi Sony Ericsson şirkətinin Qızıl Dileri adını qazandı. 
Iqtisadi böhran baş verən 2015-ci ilə qədər şirkət dinamik olaraq inkişaf edirdi. Lakın bu anda belə, içşilərin yüksək səviyyəli peşəkarlığı və düzgün seçilmiş hərtərəfli strateji qərarlar öz işini gördü. O zamanlar yalnız Samsung mobil telefonlarını distribütoru olan şirkət indi Lenovo (2016-cı il), ZTE (2016-cı il), Huawei (2017-ci il), Motorola (2017-ci il) kimi tanınmış brendlərin də rəsmi distribütoru oldu. Telekommunikasiya bazarı ilə heç cür bağlı olmayan tam yeni istiqamətlər - ən müxtəlif təyinatlı iri və xırda məişət texnikası sahələri öyrənilmişdir. Samsung (bütün məhsulları), Philips, Gorenje – iri məişət texnikasının paltaryuyan maşınlar, soyuducular, split-sistemlər, qabyuyan maşınları, və Delonghi Group, Polaris, Vitek – xırda avadanlıqlarından mətbəx maşınları, və digər çoxsaylı genişspektrli məişət mallarıdır. Bu şirkətlər ilə 2015-2016-cı illərdə müqavilələr bağlanmışdır. Nəticədə şirkət böhran zamanı nəinki itgiləri minimuma çatdırır, həmçinin telekommunikasiya xidmətləri və məişət texnikası bazarında ən böyük şirkətlərdən biri olmağına malik olaraq “çəkisini artırdı”. 
Inteqralın bir neçə törəmə vahidi var: 
• Yalnız mobil telefonlar, nömrələr və aksessuarlar satılan kiçik dükanlardan, rəqəmsal, iri və xirda məişət texnikası satılan böyük hipermarketlərə çevrilən Maxi.az mağazalar şəbəkəsi. 
• Maxi.az əsasında yaranan, dövriyyə və populyarlıqını inkişaf edən İnternet-mağaza. 
Bizim servis mərkəzlərimiz: • Ən yüksək xidmət və texniki təchizatı Sertifikatı olan – Samsung Service Plaza. 
• Texnoservice – İnteqral şirkətinin portfelində olan bütün brend və kateqoriyalar üzrə texniki dəstəyi təmin edir. 
İnteqral şirkətinin uğur sirri nədədir? Əlbəttə ki, ilk növbədə və şübhəsiz – komandadır. Hər bir anda zaman ruhunu hiss edən, bir çox cəhətdə özünü ifadə edən peşəkarlıq və savadlılığı olan insanlar. Onlar çoxvəzifəlidirlər, hərdən səhv edir, qərarlar verir və verilən qərarlara görə məsuliyyət daşımağı bacarırlar. 
Şirkətin vacib və strateji cəhətdən düzgün qərarlarından biri də öz komandasının maksımal saxlanılması və onun biliklər səviyyəsinin hərtərəfli qaldırmağa davam etməsi oldu. Beləliklə, öz resursları əsasında, ən son tələbatlara uyğun olan Keyfiyyət Akademiyası yaranır. Burada yüksəksəviyyəli sənətkarlar yeni brendlərin bütün kateqoriyalar üzrə məhsullarından başlayaraq, iş yerlərində təhlükəsizlik texnikası, işgüzar yazışmalarda etiket qaydaları və digər mövzular üzrə hərtərəfli treninqlər keçirirlər. Və ən əsası – müştəriyə qarşı diqqətli, xeyirxah, vicdanlı olmaq qabiliyyətləridir. Telekommunikasiya və məişət texnikası bazarında çoxsaylı sistematik marketinq araşdırmaları keçirərək, şirkət son istifadəçi ilə daimi əlaqədə olur, buna görə də dizayn təkmilləşdirilir və istehsal edilən məhsulun erqonomikası yaxşılaşır, təmin edilən xidmətlərin keyfiyyəti davamlı olaraq artır. Şirkətin inkişafı və prestijinin yüksəlməsi üçün, ən əvvəl müştərinin ehtiyaclarına əsaslanaraq və onları düzgün qarşılamaq üçün lazım olduqda bu ehtiyaclara düzəliş edərək, içşilər bütün var-gücü ilə hər cür səy göstərirlər. Siz hələ də bizim şirkətlə tanış deyilsiniz? 
O zaman, qabaqcıl istehsalçı-şirkətlərin məhsulları ilə tanış olmaqdan başqa həm də bütün ömür boyu olmasa da, uzun zaman Sizə yetərli olan yüksək pozitiv əhval almaq üçün, gərək dəqiq bizim şirkətə müraciət edəsiniz! Bizimlə əlaqə saxlayın və bizə gəlin, hər zaman Sizlərə şadıq!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259