İKT

WhatsApp-da möhtəşəm YENİLİK
22 MAY
734

WhatsApp-da möhtəşəm YENİLİK

2018-05-22 14:02:00

Facebookun sahibi olduğu dünyanın ən məşhur mesajlaşma tətbiqi WhatsApp, keçdiyimiz fevral ayında inkişaf etdirməkdə olduğu qrup görüntülü söhbət xüsusiyyətinin istinad kodlarını ortaya çıxarıb. Lakin o gündən bu yana xüsusiyyət haqqında hər hansı bir detal paylaşmayıb.

Eləcə də bax: Saniyələr içində şarj olacaq batareya hazırlandı!

Fins.az xəbər verir ki, uzun müddətdir inkişaf etdirilməkdə olan qrup görünüşlü görüşmə xüsusiyyəti həm iOS həm də Android-dəki WhatsApp test istifadəçilərinin xidmətinə təqdim edilib. Xüsusiyyətin yaxında daha geniş bir istifadəçi kütləsi üçün istifadəyə açılması gözlənilir.


WhatsApp-ı açdıqda qrup görüntülü söhbət etmək istədiyiniz şəxslərdən biri ilə bir görünüşlü görüşmə başladın. Sağ yuxarıda bir şəxs əlavə et simvolu görəcəksiniz. Bu simvola toxunduqdan sonra açılan siyahıdan 2 adamı daha görüşməyə əlavə edə bilərsiniz. Unutmayın; WhatsApp yalnız 4 adama qədər qrup görüntülü görüşü dəstəkləyir.
Test istifadəçilərindən biri olub olmadığınızı öyrənmək üçün WhatsApp-ı Androidin 2.18.145, iOS-da isə 2.18.52 versiyasına yenilədiyinizdən əmin olun.

© Teach.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256