İKT

Çində Satışa Çıxarılan 700.000 Ədəd Nokia X6, Sadəcə 10 Saniyədə Satıldı!
22 MAY
1104

Çində Satışa Çıxarılan 700.000 Ədəd Nokia X6, Sadəcə 10 Saniyədə Satıldı!

2018-05-22 11:59:00

Olduqca yaxşı xüsusiyyətlərini olan uyğun qiymətli Nokia X6, çörək kimi satılaraq 10 saniyədə anbarlarda tükəndi.
HMD Global-ın əvvəlcə Çin bazarında satışa çıxardığı, bu sıralar isə qlobal bazara girib girməmə barədə qərar alması gözlənilən telefonu Nokia X6, sanki partlayış təsiri yaratdı. Orta seqmentdə bazarda ciddi bir alternativ olaraq çıxması gözlənilən telefon hələ indidən çox şey vəd edir.


HMD Global tərəfindən rəsmi satış rəqəmləri açıqlanmasa da, ehtiyatların 700.000 ədəd ətrafında olduğu deyilir. Telefonun təkrar stoklara girməsi üçün isə verilən tarix 30 Maydır.
Android 8.1 Oreo ilə bazara çıxan Nokia X6-nın, Android P-nin çıxmasıyla birlikdə yeniləməni edəcəyinin da sözü verilmişdi. Ümumi şirkət siyasətinə görə 2 il ərzində cihazlarına yenilikləri təqdim edəcəyinin sözünü verən HMD Global, ciddi bir satış müvəffəqiyyətinə doğru addım-addım irəliləyir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255