İKT

Artıq ödəmə terminalları pulun qalığını qaytaracaq – AZƏRBAYCANDA
21 MAY
543

Artıq ödəmə terminalları pulun qalığını qaytaracaq – AZƏRBAYCANDA

2018-05-21 15:55:00

“Modenis” şirkətinin “eManat” ödəmə terminalları məbləğin qalıqlarını qaytaracaq.

Bu barədə özəl olaraq  şirkətdən məlumat verilib.

Məlumatda qeyd olunur ki, vəsait əskinas və ya sikkə şəklində yox, xüsusi 10 işarəli promo-kod şəklində qaytarılacaq:

“Məsələn, əgər müştəri ödəniş etdikdən sonra ona 0,80 manat qaytarılmalıdırsa, bu məbləği o promo-kod şəklində alır. Daha sonra bu kodu “eManat” terminallarında digər xidmətlərin ödənişi üçün istifadə edə bilər. Terminallarda ödənişi promo-kod vasitəsilə həyata keçirmək üçün müvafiq bölmə olacaq. İlk mərhələdə promo-kodları dövlət ödəmələri və sığorta xidmətləri üçün əldə etmək olacaq. Daha sonra digər xidmətlər də promo-kod təqdim edəcək. Promo-kod vasitəsilə ödənişlər artıq bu yay təqdim olunacaq”.

© Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267