İKT

“Samsung” “iPhone”nun yavaşlığını lağa qoydu – VİDEO
21 MAY
747

“Samsung” “iPhone”nun yavaşlığını lağa qoydu – VİDEO

2018-05-21 12:42:00

“Samsung” şirkəti özünün yeni flaqman smartfonu “Galaxy S9”un reklamı üçün video hazırlayıb.

Fins.az xəbər verir ki, “Move on” (Hərəkətə davam et) adlanan videoda “Samsung” smartfonunun üstünlükləri təbliğ olunur.

Süjetin qəhrəmanı yavaş çalışan “iPhone 6” smartfonundan istifadə etdiyi üçün müxtəlif çətinliklərlə qarşılaşır. Süjetdəki digər iştirakçılar isə “Samsung Galaxy”dən istifadə etdikləri üçün bütün vəzifələrin öhdəsindən asanlıqla gəlir.  

Sonda “iPhone” işlədən yorulmuş və bezmiş qız “Galaxy S9 Plus” smartfonuna keçir.

Qeyd edək ki, "Samsung" və "Apple" dünya smartfon bazarında ciddi rəqabət aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9254
  • ₽ RUB
    0.0255