İKT

"Azerspace-2/Intelsat 38"in orbitə buraxılma vaxtı dəyişdirilib
21 MAY
294

"Azerspace-2/Intelsat 38"in orbitə buraxılma vaxtı dəyişdirilib

2018-05-21 12:35:00

Azərbaycanın ikinci geostasionar peyki "Azerspace-2/Intelsat 38"in" orbitə buraxılışının vaxtı dəyişdirilib.

Bunu “Azərkosmos” ASC-nin Korporativ kommunikasiya departamentinin direktoru Aysel Sultanova açıqlamasında bildirib. O qeyd edib ki, mayın 25-də orbitə buraxılması nəzərdə tutulan peykin dəqiq buraxılış tarixi yaxın aylara planlaşdırılır. Bu barədə “Azərkosmos” tərəfindən əvvəlcədən məlumat veriləcək.

Peyk Cənubi Amerikanın şimal-şərqində yerləşən Kuru (Qvian Kosmik Mərkəzi) kosmodromundan "Ariane 5 ECA" raket daşıyıcısının köməyi ilə orbitə buraxılacaq.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9550
  • ₽ RUB
    0.0259