İKT

Smartfon vasitəsilə rəngini dəyişən parça hazırlanıb
21 MAY
149

Smartfon vasitəsilə rəngini dəyişən parça hazırlanıb

2018-05-21 12:15:00

Mərkəzi Florida Universitetinin Optika və Fotonika Kollecinin tədqiqatçıları buqələmun kimi rəngini dəyişən unikal HyperColor parçasını hazırlayıblar.

Fins.az xəbər verir ki, işıq diodları ilə təchiz edilmiş işıqsaçan geyimdən fərqli olaraq, yeni parçada parlaqlığı liflər yaradırlar. Hər bir lif dəstəsi çox nazik metalların ətrafına dolanıb.

Onlardan keçən elektrik cərəyanının ölçüsünün dəyişməsi parçanın temperaturunun azalması və ya yüksəlməsinə səbəb olur. Temperatur dəyişikliyinə sapların daxilindəki xüsusi piqmentlər reaksiya verir. Bütün prosesə smartfonun köməyilə nəzarət etmək mümkündür.

Rəng qamması hələ ki, 4 rənglə məhdudlaşır. Parçanı yumaq və ütüləmək olar. Alimlər “ağıllı” parçanın təkmilləşdirilməsi üzərində çalışırlar.

Hazırda istehsalçılar parçanın istehsalının təşkili və onun tezliklə bazara çıxarılması üzrə potensial partnyorlarla danışıqlar aparırlar.

© Xeberler.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256