İKT

YouTube üçün bir yeni funksiya daha: Gizli Mod
21 MAY
266

YouTube üçün bir yeni funksiya daha: Gizli Mod

2018-05-21 10:28:00

Youtube video platforması yenilənməyə davam edir. Belə ki, keçən günlərdə Youtube-a Dark Mode( Qaranlıq Mod) gələcəyindən bəhs etmişdik. İndi isə bir çox brauzerlərdə və telefonlarda olan bir funksiya artıq Youtube-da istifadə edilə biləcək. 

Youtube üçün yeni funksiya İncignito Mode(Gizli Mod) adlanır və bu funksiya hesabına axtarış etdiyiniz açar sözlər və videolar baxdıqdan sonra keşdən silinir.    

Bu funksiya hesabına telefonunuzda Youtube tətbiqində baxdığınız bütün videolar siz tətbiqi bağladıqdan sonra keşdən silinəcək. Qeyd edək ki, bir çox brauzer və eləcə Windows 10 belə bu funksiyanı dəstəkləsə də, çox da istifadə edilmir. Görünən odur ki, Youtube üçün yeniliklər gəlməyə davam edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256