İKT

“Instagram”da yeni funksiya sınaqdan keçirilir – VAXTA NƏZRƏT
17 MAY
214

“Instagram”da yeni funksiya sınaqdan keçirilir – VAXTA NƏZRƏT

2018-05-17 17:27:00

“Instagram”da istifadəçinin sosial şəbəkədə keçirdiyi vaxta nəzarət etməyə imkan verən yeni funksiyasını sınaqdan keçirir. 
Fins.az-ın məlumatına görə, nəzəriyyədə yeni funksiya boş vaxtlarını daha mənalı keçirməyə kömək edə biləcək. 
Məqalənin müəllifləri yeni funksiyaya diqqəti “Android” əməliyyat sistemindəki tətbiqin APK-faylına çəkiblər. Bu fayl “Usage Insights” adlanır.
Bu mexanizm sayəsində sosial şəbəkədə keçirilən vaxtın dəqiq zamanını və statistikasını əldə etmək mümkündür. Şirkətin rəhbəri Kevin Sistrom təsdiqləyib ki, mühəndislər həqiqətən də belə bir funksiyanı sınaqdan keçirirlər. Onun sözlərinə görə, sosial şəbəkədə vaxtın necə keçirildiyini anlamaq insanlar üçün vacibdir. “Bu, bütün şirkətlərin məsuliyyətidir. Mən bu məsuliyyətə çox ciddi yanaşıram”, - deyə o, özünün “Twitter” mikrobloqunda yazıb.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276