İKT

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni saytı istifadəyə verildi
17 MAY
251

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni saytı istifadəyə verildi

2018-05-17 16:52:00

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yeni saytı istifadəyə verilib

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 17 may - Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü münasibətilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) yeni saytı istifadəyə verilib. www.mincom.gov.az domen ünvanında fəaliyyət göstərən saytın dizaynı yenilənməklə yanaşı funksionallığı artırılıb.

Qeyd edək ki, keçmiş Nəqliyyat Nazirliyinin domeni də www.mincom.gov.az ünvanına yönləndirilib.

Saytda “Nazirlik”, “Fəaliyyət”, “Qanunvericilik”, “Layihələr” və “Media” bölmələri, eləcə də Nazirliyin, tabeli müəssisə və qurumların fəaliyyətinə dair alt bölmələr yenilənib.

Eləcə də bax: Dünyanın ən güclü “Android” smartfonları – REYTİNQ

Sayt Azərbaycan, ingilis və rus dillərində fəaliyyət göstərir.

İstifadəçi rahatlığını təmin etmək məqsədi ilə nazirliyin bütün qurumlarına dair məlumatlara keçid saytın əsas səhifəsində yerləşdirilib.

Saytda “Dilmanc” səsləndirmə alqoritmi də tətbiq edilib. Bu tətbiq vasitəsilə istifadəçilər saytdakı istənilən məlumatı həm də dinləyə bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytında görmə qüsuru olan şəxslər üçün funksiya yaradılıb.

Bu funksiya məlumatların üstünlük təşkil etdiyi daxili səhifələrdə aktivdir. Saytın sağ tərəfindəki gözə bənzər işarəni seçməklə şriftləri böyütmək, rəngləri dəyişmək mümkündür.

© Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254