İKT

Dünyanın ən güclü “Android” smartfonları – REYTİNQ
17 MAY
215

Dünyanın ən güclü “Android” smartfonları – REYTİNQ

2018-05-17 14:37:00

“AnTuTu” bençmarkı 2018-ci ilin aprelinin daha güclü telefonlarının adlarını açıqlayıb. 

Fins.az-ın məlumatına görə, qələbəni Çinin “Xiaomi” şirkətinin “Black Shark” oyun telefonu qazanıb.

Cihaz 272 min baldan çox xal toplayıb. İkinci yerdə isə 236 min xal qiymətləndirmə ilə “Samsung Galaxy S9+” smartfonu yerləşir. Liderlərin üçlüyünü 263 min xal toplayan “Galaxy S9” smartfonu qapayır. 

“Xiaomi Black Shark” 5,99 düym ekrana, ABŞ-ın “Qualcomm” şirkətinin istehsalı olan “Snapdragon 825” prosessoruna malikdir. Telefonun 6 GB əməliyyat yaddaşına və 64/128 GB əlavə yaddaşa sahibdir. 

Bundan əvvəl isə bildirilib ki, iki kameralı yeni “BlackBerry KEY2” smartfonunu iyunun 7-də təqdim edəcəklər.  

Həmçinin məlum olub ki, Rusiyada çox aşağı qiymətlərlə “Xiaomi Redmi 5 Plus” smartfonunun satışlarına başlanılıb.

Eləcə də bax: Enerjisi bitməyən "iPhone X" – TƏQDİM OLUNDU

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277