İKT

Facebook Stories'ə səsli mesajlar funksiyası gəldi
17 MAY
89

Facebook Stories'ə səsli mesajlar funksiyası gəldi

2018-05-17 12:38:00

Facebook bugündən etibarən öz Stories bölməsinə 3 yeni funksiyanı əlavə edib. Lakin hələki sevinmək üçün tezdir. Çünki sözügedən funksiyalar hələki Hindistanda aktiv edilib. Həmin funksiyalar ilə aşağıdan tanış ola bilərsiniz.

- Səsli mesajlar: Bundan sonra istifadəçilər Stories-də rəngli fonlarla, fotolarla, stikerlərlə və əlavə mətnlə birlikdə səsli mesajlar da göndərə biləcəklər. Beləliklə Stories-dəki səsli mesajlar funksiyası istifadəçini klaviaturadan istifadədən azad edəcək.

- Facebook Camera daxilində istifadəçinin Stories-də paylaşdığı foto və videoların saxlanması üçün bulud servis: Bu funksiya sayəsində istifadəçilər öz smartfonlarının daxili yaddaş həcmlərinə qənaət edə biləcəklər. Dünya üzrə bir çox istifadəçilər yeni fotolar paylaşmaq üçün öz cihazlarından köhnə fotoları pozmalı olurlar. Lakin həmin bulud servisində hansı yaddaş həcminin olacağı barəsində məlumat verilməyib.

- Stories-lər üçün arxiv: İstifadəçilər tərəfindən paylaşılmış və 24 saatdan sonra avtomatik pozulan Stories paylaşımları həmin arxivə düşəcək. Həmin arxivdən istifadəçilər öz Stories paylaşımlarını sosial şəbəkədəki ana səhifələrində paylaşa biləcəklər. Buna oxşar funksiya həmçinin Instagram Stories-də də var. Hindistanda aktiv edildikdən sonra bu yeni funksiyaların bütün istifadəçilər üçün də aktiv ediləcəyinə Facebook söz verib. Lakin bunun nə zaman olacağı bilinmir.

Eləcə də bax: Enerjisi bitməyən "iPhone X" – TƏQDİM OLUNDU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276