İKT

Azercell-dən 4G ind iMasallı və Cəlilabad sakinlər iüçün
17 MAY
73

Azercell-dən 4G ind iMasallı və Cəlilabad sakinlər iüçün

2018-05-17 12:09:00

Lider mobil operator regionlar üçün sürətli mobil interneti əlçatan edir.

Ölkəmizdə ilk dəfə 4G texnologiyasını və yüksək sürətli mobil interneti abunəçilər üçün mümkün edən Azercell Telekom bölgələrdə də bu xidmətin yayılmasına yönəlik təşəbbüslərini davam etdirir. Azercell LTE şəbəkəsinin əhatə dairəsini genişləndirərək bu dəfə Masallı və Cəlilabad şəhərlərində 4G xidmətini istifadəyə verib. Belə ki, Masallı da ümumilidə 6, Cəlilabadda isə 5 LTE stansiyası quraşdırılaraq yerli abunəçilərə yüksək sürətli mobil internetdən istifadə etməyə imkan yaratdı. 4G xidmətinə qoşulan abunəçilərinə Azercell hədiyyə olaraq 5GB həcmində mobil internet də təqdim edir. 5GB hədiyyə interneti aktivləşdirmək üçün isə abunəçilərə sadəcə olaraq “4” rəqəmini 2525 qısa nömrəsinə SMS-lə göndərmək kifayətdir.

Nəzərinizə çatdıraq ki, Bakı və Abşerondan sonra regionlarda ilk 4G xidmətləri təqdim edən operator olaraq, Azercell ötən il ərzində Gəncə, Bərdə, Şəmkir, Lənkəran və Şirvandakı abunəçiləri üçünyüksək sürətli interneti əlçatan etdi. Azercell-in bu il üçün əsas məqsədlərindən biri 4G şəbəkəsinin respublika ərazisi boyunca genişləndirilməsini davam etdirməkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9745
  • ₽ RUB
    0.0267