İKT

Azərbaycanda 89 milyon manatlıq elektron avadanlıqları istehsal edilib
17 MAY
223

Azərbaycanda 89 milyon manatlıq elektron avadanlıqları istehsal edilib

2018-05-17 10:58:00

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 89,1 milyon manatlıq məhsul istehsal olunub.
Fins.az xəbər verir ki, əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 6,1 faiz azalıb, elektrik avadanlıqlarının istehsalı isə 98,5 faiz artıb. 
Dövr ərzində əvvəlki ilin yanvar-aprel ayları ilə müqayisədə 1 kV-dan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 5,0 dəfə, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,9 dəfə artıb, məişət soyuducularının istehsalı 38,5 faiz azalıb.

Eləcə də bax: Enerjisi bitməyən "iPhone X" – TƏQDİM OLUNDU

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9377
  • ₽ RUB
    0.0257