İKT

Samsung” “Galaxy S10” üçün 4K display hazırlayır
17 MAY
305

Samsung” “Galaxy S10” üçün 4K display hazırlayır

2018-05-17 08:46:00

Cənubi Koreyanın “Samsung Electronics” şirkəti özünün gələcək flaqmanı üçün olduqca aydın görüntüyə malik ekran üzərində çalışır. 
Fins.az xəbər verir ki, “Galaxy S10” adlanacaq yeni məhsulun hər düym üçün olan piksel sıxlığı 600 PPI-i üstələyəcək.

Hazırkı nəsil “Galaxy S9” və “Galaxy S9+” smartfonlarının genişlənməsi 2960 x 1440 (WQHD+) pikseldir və onlar müvafiq olaraq 570 və 530 PPI sıxlığı dəstəkləyir. Növbəti populyar genişlənmə artıq WQHD-dir ki, o da ya “4K Ultra HD”-dir - onun genişlənməsi 3840 x 2160 pikseldir. Əgər bu genişlənmə “Galaxy S9” smartfonlarında olduğu kimi, 5,2 düym diaqonallı ekranlarda istifadə edilərsə, o zaman sıxlıq səviyyəsi 710 PPI təşkil edəcək. 
 
Bundan əvvəl sızdırılan məlumatlara əsasən, “yubiley” flaqman daxili “Beyond” şifrəsi adı altında keçirilir. 
 
Qeyd edək ki, “Samsung” artıq özünün yeni flaqmanlarını Las-Veqasda keçiriləcək “CES 2019” sərgisində təqdim edə bilər. 

Eləcə də bax: Enerjisi bitməyən "iPhone X" – TƏQDİM OLUNDU

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256