İKT

Facebook-dan bir yenilik daha gəldi: Gənclik portalı
16 MAY
111

Facebook-dan bir yenilik daha gəldi: Gənclik portalı

2018-05-16 14:51:00

Dünyanın ən çox istifadə edilən sosial media platforması Facebook, platformaya aid məhsul və vasitələri daha etibarlı və təsirli bir şəkildə istifadə etmək üçün xüsusilə 'gənc' seqmentə xitab edən və bünyəsində təhsillər, göstərişlər və tövsiyələr saxlayan 'Gənclik portalını' həyata keçirib.
Fins.az xəbər verir ki, 60 fərqli dildə daxil və istifadə imkanı olan Gənclik Portalı, bu mövzuları əhatə edəcək ...
Təhsil: Səhifələr, qruplar, hadisələr və profil kimi məhsulların etibarlı bir şəkildə necə istifadə ediləcəyinə aid məlumatlar. Əlavə olaraq, Facebookun hansı tip məlumatları topladığı və söz mövzusu məlumatları necə istifadə etdiyi ilə əlaqəli məlumatlar.
Dünyanın harasında olursa olsun gənclərin ağzından, texnologiyanı yeni və yaradıcı bir şəkildə necə istifadə etdikləriylə bağlı görüşlər.

Eləcə də bax: WhatsApp qruplar, yeni yeniləmə ilə daha maraqlı hala gəldi

Təcrübə nəzarət yolları: Təhlükəsizlik, məzmun şikayətləri, paylaşımlarınızı kimlərin görə biləcəyinə qərar vermə kimi mövzularda göstərişlər.
Təkliflər: Sosial mediaya ara vermə ehtiyacı hiss etdiyinizdə edilməsi lazım olanlar və internetdən ən yaxşı şəkildə faydalanmaq üçün bəzi təlimatlar.
Facebook, bu Gənclik portalını yaradarkən İngiltərə, İtaliya, Amerika və Braziliyadan gənclik qrupları ilə danışıb və Sao Paulodakı Təhlükəsiz İnternet Günü atelye işləri, Kanadadakı We Matter gənclik forumu və Qlobal Təhlükəsizlik Şəbəkəsi Zirvəsi kimi fəaliyyətlərdən də məlumat və təkliflər alıb.

© Teach.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277