İKT

“Samsung Galaxy S9/ S9+” - yenidən kəşf edilmiş kamera
16 MAY
89

“Samsung Galaxy S9/ S9+” - yenidən kəşf edilmiş kamera

2018-05-16 10:41:00

Sosial şəbəkələrin yaranışı ilə telefon kamerası yeni məna əldə edir. Günümüzdə biz təəssüratlarımızı,öz emosiyalarımızı və ən dəyərli xatirələrimizi şəkil ilə ifadə edirik. Bu səbəbdən daim əlimizin altında olan kameraya ehtiyac duyuruq və seçdiyimiz smartfonun kamerasına ciddi fikir veririk.

Belə ki, yeni “Samsung Galaxy S9” xəttinin smartfonları öz seqmentində ən yaxşı kameralardan biri ilə təchiz olunublar. 

“Samsung Galaxy S9” -un yeni kamera matrisası hətta zəif işıqlandırma şəraitində belə sizi keyfiyyətli fotoşəkillər ilə təmin edəcək. Daha yaxşı şəkillər üçün smartfonlarda f/2.4 və f/1.5göstəriciləri arasında dəyişə bilən diafraqma istifadə olunur. Buna bənzər adaptiv diafraqma yalnız Samsung smartfonlarında tətbiq edilib.

Həmçinin, yeni kamera super slow-mo formatında video çəkimini dəstəkləyir. Bu rejimdə kamera maksimal yavaşdırılmış videolar yaradaraq saniyədə 960 kadr sürəti ilə çəkiliş aparmağa qadirdir.Bu çəkiliş rejiminin köməyi ilə həyəcanlandırıcı slow-movideolar yaradıb, istədiyiniz musiqini asanlıqla əlavə edərək dostlarınızla paylaşın. Həmçinin, GİF animasiyalar yaratmaq üçün 3 canlandırma seçimindən istifadə edin: əks, adi və qarışıq. 

Yeni  “Galaxy S9|S9+” smartfonları sizə hər bir anı istədiyiniz kimi ən vacib detalları ilə qeyd etməyə imkan yaradır.

Frontal kamera 8 MP-lik matrisa üzərində işləyərək f:1,7işıq qüvvətigöstəricisinə malikdir. Selfi kamera indi iki audentifikasiya üsulunu birləşdirib. Ən əsası isə, smartfon saniyələr içində sizin gözlərinizə, saç rənginizə və üz cizgilərinizə uyğun individual selfimodjinizi yarada bilir.İndi siz şəxsi personajınızı istifadə edərək videolar çəkə bilər, istədikdə isə GİF formatında yaddaşda saxlanılmış hazır selfimodjinizi istifadə edə bilərsiniz. Bütün animasiyalar sosial şəbəkələrdə və messenger-lərdə istifadəni dəstəkləyir.

Bundan əlavə, 30.06.2018 tarixinə dək rəsmi holoqramlı “Samsung Galaxy S9 və S9+” əldə edərkən siz “Eksklüziv displey zəmanətinə” sahib olursunuz. Bu zəmanət sayəsində gözlənilməz hadisə nəticəsində zədələnmiş displeyinizi cəmi 49 AZN-ə dəyişmək imkanınız var.  Qeyd edək ki, aksiya smartfon əldə edilən gündən bir il müddətində qüvvədədir. Aksiyadan yalnız bir dəfə istifadə etmək hüququnuz var.

“Eksklüziv displey zəmanətinin” əsas üstünlüyü onun, mexaniki daxil olmaqla, hər növ zədələrdə keçərli olmasıdır. Belə ki, displeyiniz hətta çatlasa belə, siz onu istehsalçı tərəfindən təqdim olunmuş yeni ekranla ilə cəmi 49 AZN-ə əvəz edə biləcəksiniz. Aksiyanın qüvvədə olması üçün rəsmi holoqramlı “Samsung Galaxy S9/ S9+” əldə edərkən satış çeki və  zəmanət talonunu özünüzdə saxlamağı unutmayın. 

“Galaxy S9” xəttinin smartfonları haqqında əlavə məlumatı “Baku Electronics”, “Irshad Electronics”, “Kontakt Home”, “Maxi.Az”, “Soliton” və “Optimal” mağazalar şəbəkəsindən əldə etmək olar.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277