İKT

"Xiaomi" uşaqların yerini müəyyən edən "ağıllı" saatlar buraxdı
15 MAY
230

"Xiaomi" uşaqların yerini müəyyən edən "ağıllı" saatlar buraxdı

2018-05-15 14:04:00

Çinin "Xiaomi" şirkəti uşaqlar üçün iki rəngdə - mavi və narıncı rəngdə smart-saatlarını təqdim edib.

Fins.az-ın xəbərinə görə, qeyri-adi rahatlığa malik və "Mi Bunny Children Phone Watch 2C" adlanan bu qurğuların çəkisi 37,8 qram təşkil edir. 

Naqilsiz Wi-Fi adapteri valideynlərə uşaqlarının harada olmasına nəzarət etməyə imkan verəcək. Valideynlərin müəyyənləşdirdiyi coğrafi sərhədləri keçən uşaqlara bu barədə xəbərdarlıq siqnalı gələcək. 

Bu "ağıllı" saatlardan mobil telefon kimi də istifadə etmək mümkün olacaq. Onun yaddaşı cəmi 10 nömrə tutumuna malik olacaq. Bu səbəbdən kənar adamlar onlara zəng edə bilməyəcək.

Smart-saatlardakı SOS funksiyası valideynlərin smartfonuna gənc istifadəçini yeri barədə bildiriş və ətraf mühitin səsləri barədə 7 saniyəlik audioyazı göndərəcək. "Mi Bunny Children Phone Watch 2C" 30 dollara satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257