İKT

Qulluqçu robot satışa çıxarılacaq – VİDEO
15 MAY
450

Qulluqçu robot satışa çıxarılacaq – VİDEO

2018-05-15 09:57:00

“Boston Dynamics” şirkəti ev heyvanlarına qulluq etməyi bacaran və sahibinə təsərrüfat işlərində kömək edə bilən dördayaqlı “SpotMini” robotunu kütləvi satışa çıxarmağı planlaşdırır.

Fins.az xəbər verir ki, bu barədə “N+1” məlumat yayıb.

Şirkətin rəhbəri Mark Reyber “TC Sessions: Robotics” konfransında robotun 2019-cu ildən etibarən bazara çıxarılacağını elan edib.

Onun sözlərinə görə, robotun bel hissəsində əlavə qurğuların bərkidilməsi üçün xüsusi yuva olacaq. Beləcə robotun sahibləri onun üzərinə müşahidə kamerası və ya əşyaların yerdən qaldırılması üçün manipulyator qura biləcək.

Robotun ilkin satış qiyməti hələ ki, açıqlanmır.

© Oxu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259