İKT

LG yeni 'Twinwash' paltaryuyan maşını ilə innovativ yeniliklər təqdim edir
14 MAY
355

LG yeni 'Twinwash' paltaryuyan maşını ilə innovativ yeniliklər təqdim edir

2018-05-14 11:30:00

LG daim ağ və rəngli paltarları qarışdıran istifadəçilər üçün "TWINWash" paltar yuyan maşını təqdim edir. Bu yeniliklərlə dolu paltaryuyan maşın istifadəçilərinə və bütün dünyaya həvəslə gözlədikləri təcrübəni yaşamaq üçün imkan yaradır. "TWINWash" iki fərqli növ paltarları yumaq bacarığına sahibdir. Bu cihaz premium dizaynı eleqantlığı və müasir stili özündə cəmləşdirir.

 LG-nin ənənəvi dizayn dili ili tanış istifadəçilər parlaq ağ rəng, erqonomik eksteryer və qara rəngin yarattığı xoş qarışımla onun premium paltar yuyan seriyasını tanıya bilərlər. TWINWash iki növ paltar toplusunun bir dəfədə yuyulmasına imkan yaradaraq istifadəçilərin işini asanlaşdırır. Həm eyni, həm də ayrı ayrılıqda çalışan əsas və mini yuyucu çəmbərilə "TWINWash" fərqli tənzimləmərdə (rənglilər və ağlar, parça və digər materiallar, böyük-kiçik, uşaq və ya böyük paltarları) yuyulan paltarların eyni anda yuyulmasını mümkün edir.
 Əlavə olaraq, "TWINWash" hər iki paltar topasını eyni zamanda yuyaraq iki dəfəlik yuyulma əvəzinə 49 dəqiqəlik bir yuma təklif edir. Güclü əsas və mini yuyucudan əlavə LG bu paltaryuyanda enerjiyə qənat edən quruyucu funksiyasını da əlavə edib. "TWINWash"un əsas yuyucu çəmbəri "TrueSteam" və "TurboWash" adlı iki xüsusi texnologiya təqdim edir. Ən innovativ texnologiyalardan biri sayılan "TrueSteam" allergiya yaradan maddələrin 99.99 faizini məhv edir və eyni zamanda qırışıqlıqları aradan qaldıraraq paltarlara təravət və yumşaqlıq verir.

"TWINWash"un "TrueSteam" texnologiyası paltaryuyanın içərsindəki xüsusi buxar generatorunun köməyi ilə yüksək temperaturlu buxar hazırlayır. "TurboWash" texnologiyası isə yuyucu maddələrdən daha sürətli şəkildə istifadə edərək bu maddələrin paltarlara uzun müddətli hopmasının qarşısını alır və eyni zamanda yuyulma vaxtını azaldır. Eyni zamanda əsas çəmbərə istənilən vaxt ölçüsündən asılı olmayaraq əlavə paltarlar da atmaq olar. Mini-yuyucu kiçik ölçülü paltarlar üçün idealdır. Uşaq paltarları, alt paltarları, dəsmallar və döşək üzləri mini-yuyucuda cırılmır, sıradan çıxmır. Mini-yuyucunun köməyi ilə az miqdarda paltarları əsas çəmbəri işə salmadan qısa bir vaxtta yumaq mümkündür. Bu xüsusiyyətin köməyilə istifadəçilər paltarların yığılmasını gözləmədən, gündəlik geyimlərini təmiz saxlaya bilərlər.

"TWINWas"h həm də Wi-Fi qoşulması ilə təchiz edilib. Bu funksiyanın köməyilə isitifadəçilər asanlıqla yuyulma prosesinə nəzər sala bilərlər. Enerji təsərrüfatına nəzarət etmək, hər hansı bir texniki problemi qabaqcadan görmək (SmartDiagnosis), yuyulma müddətini tənzimləmək üçün bu funksiyadan istifadə edə bilərlər. LG Elektroniks ev avadanlıqları və havadəyişən qurğular kompaniyasının prezidenti Song Dae-hyun:“Biz inqilabi yeniliklər təqdim edən "LG TWINWash"u təqdim etmək üçün səbirsizlənirik. Bizim yeni paltar yuyanımız isitfadəçilərə iki fərqli paltar topasını eyni anda, maksimum səmərəli və rahat şəkildə yumaq imkanı verir. Yüksək səviyyəli qurğuların istehsalına davam edən LG istifadəçiləri maksimum rahatlıq və yüksək performansla təmin edir”

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259