İKT

“AppLab” iştirakçıları “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib gəldilər
11 MAY
234

“AppLab” iştirakçıları “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib gəldilər

2018-05-11 15:47:00

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi “Bakcell” şirkətinin  “AppLab” inkubasiya proqramının iki iştirakçısı “Golden Byte 2018” müsabiqəsinin regional finalında qalib olub.

Layihələrin qiymətləndirilməsi nəticəsində  “AppLab” proqramında iştirak edən iki komanda yerli çempionatın “Startap” nominasiyasında I və II yerlərə sahib olublar. I yeri tutmuş “Run2Help” layihəsi  istifadəçinin gün ərzində atdığı addımları sayıb onları pul vəsaitinə çevirən və qazanılmış məbləğı xeyriyyə məqsədilə ianə etmək imkanı verən mobil əlavədir. Bu  layihənin komandası 19-20 May tarixlərində Ukraynanın Kiyev şəhərində baş tutacaq “Golden Byte 2018” finalında iştirak edəcək. Regional finalın II yerini isə xüsusi tətbiqetmə vasitəsilə müxtəlif məkanlarda tədbir təşkil edib  dost-tanışları dəvət etmək imkanını verən “BuilDay” lahiyəsi tutub.

Qeyd edək ki, Beynəlxalq “Golden Byte” İT çempionatı regional seçim və regional final mərhələlərdən ibarətdir və 10 ölkədən 10 min nəfərdən çox iştirakçını bir araya gətirir. “Step IT Academy” tərəfindən Azərbaycanda təşkil olunan regional final mərhələsi  may ayının 4-də keçirilib. İki yarımfinal mərhələsindən keçmiş layihələr yerli və beynəlxalq şirkətlərin nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən qiymətləndirilib. Beynəlxalq “Golden Byte” İT çempionatı 2008-ci ildə “Step IT Academy” tərəfindən təsis edilib. Bu ilki regional “Golden Byte”finalının baş sponsoru “AzerTelecom” şirkətidir.

Xatırladaq ki, “AppLab” layihəsinin iştirakçıları şirkətin “AppLab” Mərkəzində təqdim olunan pulsuz İnternet, masa və təlim imkanları ilə yanaşı üzərində işlədikləri proqram təminatı və cihazların inkişaf etdirilməsi və sınaqlardan keçirilməsi üçün tələb olunan ən son avadanlıqlardan yararlanmaq imkanına malikdirlər.

İnnovasiya sahəsində lider olan Bakcell gənc nəslin nümayəndələrinə inkişaf imkanları, məsləhətlər və hətta innovativ ideyaların həyata keçirilməsi üçün tələb olunan dəstəyi göstərməyə hazırdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254