İKT

“Casio” şirkəti smartfonlara görə rəqəmsal fotokamera istehsalını dayandırır
11 MAY
193

“Casio” şirkəti smartfonlara görə rəqəmsal fotokamera istehsalını dayandırır

2018-05-11 15:12:00

Yaponiyanın elektronika sahəsində tanınmış “Casio” şirkəti rəqəmsal fotokamera bazarını tərk etdiyini bildirib.

Fins.az xəbər verir ki, buna səbəb kimi smartfonların təsiri göstərilir.

Xatırladaq ki, şirkət özünün ilk rəqəmsal kamerasını 1995-ci ildə istehsal edib. Bu, dünyada arxa panelində maye kristal displey olan ilk model idi. Məhz həmin məhsul rəqəmsal fotokameralar bazarında böyük sıçrayış yaradıb.

Lakin son zamanlar belə kameralara malik smartfonlar daha böyük populyarlıq qazanıb. Son iki ildə “Casio” şirkətinin fotokameralarına tələbat həmin məhsulun kütləvi şəkildə satıldığı dövrlə müqayisədə on dəfələrlə azalıb. Buna görə də şirkət həmin məhsulun istehsalının dayandırlması barədə qərar qəbul edib.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267