İKT

“iPhone 6”-dan rekord ucuzlaşma – CƏMİ 605 MANATA
11 MAY
731

“iPhone 6”-dan rekord ucuzlaşma – CƏMİ 605 MANATA

2018-05-11 15:05:00

Hazırda Rusiya mağazalarında “iPhone 6” smartfonlarının qiymətlərinin rekord həddə azalması müşahidə edilir. 
Fins.az Lent.az-a istinadən xəbər verir ki, hazırda populyar cihazı rabitə şəbəkəsi salonlarından və ixtisaslaşdırılmış mağazalardan cəmi 22 min rubla və ya 605 manata əldə etmək mümkündür. 
Xatırladaq ki, “iPhone 6” və “6 Plus” smartfonları ilk dəfə “Apple” rəhbərliyi tərəfindən 2014-cü ilin sentyabr ayında təqdim edilib. Satışın ilk aylarında onun qiyməti 47 min rubl və ya 1290 manata çatırdı.

Mütəxəssislərin fikrincə, hazırkı qiymət düşməsi bazarda artan rəqabətlə bağlıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255