İKT

Tanıyın : KONTAKT HOME
11 MAY
220

Tanıyın : KONTAKT HOME

2018-05-11 14:04:00

Kontakt Home uğurlu milli brendlərdən biridir. İlk fəaliyyətinə 2005-cil ildə başlamışdır. Kontakt Home mağazaları şəbəkəsində müxtəlif rəqəmsal texnikanın geniş çeşidi: mobil və dekt telefonlar, televizorlar, planşetlər, kompüter və ofis texnikası, fotoaparatlar, videokameralar, audio və video texnikalar təqdim olunur.

Bununla yanaşı mağazalarda aparıcı brendlərə məxsus kiçik və böyük məişət texnikalarının satışı həyata keçirilir. Həmçinin, Kontakt Home-dan Siz həm yerli, həm də Türkiyə və Rusiya istehsalı olan yüksək keyfiyyətli yataq dəsti, qonaq dəsti, yumşaq mebel və mətbəx mebellərini əldə edə bilərsiniz.

Hal-hazırda Kontakt Home Samsung, HOFFMANN, LG, Gorenje, Philips, HTC, Sony, Braun, Hansa, Kenwood, Redmond, Russell Hobbs, THOMAS, GIGASET, Remington, Toyota, Delonghi, Sonorous, Wexler, Trust, ELARI, Medisana, GGMM, Odoyo, həmçinin GALA, Adona, Calitelli, Asoda, Interdesign, Dstill, Bysehpa, Togostyle, Bellissa kimi brendlərin rəsmi distribüteridir.

Kontakt Home-da arzuladığınız məhsullara həm nağd, həm də sərfəli hissə-hissə ödəniş şərtlərilə, ilkin ödənişsiz, arayışsız, tək şəxsiyyət vəsiqəsilə sahib olmaq imkanınız var.

Müştərilərin rahatlığı baxımından Kontakt Home-da həm də onlayn sifariş qəbul olunur. Sifariş etdiyiniz məhsul ünvanınıza kimi çatdırılır.

Hazırda Bakı, Sumqayıt və Gəncə şəhəri daxil olmaqla, toplamda 18 mağazamız fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255