İKT

Microsoft fiziki imkanları məhdud insanlara yardım edəcək
11 MAY
193

Microsoft fiziki imkanları məhdud insanlara yardım edəcək

2018-05-11 10:27:00

Microsoft korporasiyası fiziki imkanları məhdud insanların həyatını asanlaşdıracaq süni intellekt texnologiyalarının inkişafına 25 milyon dollar ayıracaq.

Fins.az bildirir ki, bu haqda şirkətin prezidenti Bred Smit və baş direktoru Satya Nadellanın rəsmi bəyanatında bildirilir.

Bu təşəbbüsün 5 il ərzində reallaşdırılması planlaşdırılır. Microsoft korporasiyası süni intellekt sahəsində tədqiqatlar və məhdud imkanlı insanlar üçün nəzərdə tutulmuş texnologiyaların hazırlanması ilə məşğul olan özəl və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi göstərəcək.

Korporasiya startaplara qrant ayırmaqla yanaşı, bu sahənin inkişafına sərmayə yatırmaq və ekspert köməyinə ehtiyac duyan istehsalçıları belə bir xidmətlə təmin etmək niyyətindədir. Microsoft rəhbərliyi hesab edir ki, ən yeni texnologiyalar məhdud qabiliyyətli insanlara öz potensialını reallaşdırmağa kömək edəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9673
  • ₽ RUB
    0.0259