İKT

“Ağıllı” cihazlar üçün “Android Things 1.0” sistemini təqdim edilib
10 MAY
157

“Ağıllı” cihazlar üçün “Android Things 1.0” sistemini təqdim edilib

2018-05-10 15:56:00

"Google" şirkəti "Android Things" sistemini təqdim edib. Bu, "IoT" ("Internet of Things"), yəni "Əşyalar interneti" qurğuları üçün proqram platformasıdır. Bu ifadə internetə çıxışı olan bütün cihazları (müşahidə kameraları, ev üçün datçiklər, lampalar, kolonkalar və sairə) əhatə edir.
Fins.az xəbər verir ki, "Android Things 1.0" versiyası "Qualcomm", "MediaTek", "NXP" və "Raspberry Pi 3" prosessorları ilə işləyən hazır platformaları dəstəkləyir. Yeni sistemlə işləyən ilk qurğular yaxın aylar ərzində təqdim ediləcək. "LG", "JBL" və "Lenovo" şirkətləri ilin sonunadək "Android Things" sistemi ilə işləyən "ağıllı" kolonka və displeylər çıxarmağı planlaşdırırlar.
"Google" şirkəti təhlükəsizlik sisteminə böyük önəm verib. İndi əksər IoT-qurğu tərtibatçıları boşluqların aradan qaldırılması ilə məşğul olmurlar və ümumiyyətlə, təhlükəsizlik yeniləmələri çıxarmaya bilərlər. Nəticədə hakerlər genişmiqyaslı DDoS-hücumlar üçün kamera, datçik və başqa qurğulardan istifadə edirlər. Buna görə "Android Things" ilə işləyən bütün qurğular 3 il ərzində təhlükəsizlik yeniləmələri ilə təmin ediləcək, bu müddətdən sonra tərtibatçılar özləri təhlükəsizlik yeniləmələri çıxara bilərlər.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254