İKT

Galaxy Note 9-da olacaq 7 yeni özəllik haqqında məlumat var
08 MAY
219

Galaxy Note 9-da olacaq 7 yeni özəllik haqqında məlumat var

2018-05-08 12:43:00

Çindən olan Ice Universe adlı insayder bildirib ki, Galaxy Note 9 keçən il təqdim olunmuş model ilə müqayisədə 7 yeni özəlliklə təmin olunacaq. Həmin özəlliklərin arasında sadələri olsa da tam ciddi dəyişikliklər də yer alıb. İnsayderin məlumatına əsasən Galaxy Note 9-da aşağıdakı yeni özəllikləri gözləmək lazımdır.

- Yeni S-Pen stilusu

- Crown UX istifadəçi interfeysi

- İkinci nəsil Bixby səsli köməkçisi

- Smartfon ekranına inteqrasiya olunmuş barmaq izi skanı texnologiyası

- Sürətli enerji yığma özəlliyinə sahib 3850 mAh enerji tutumlu batareya

- Teddy Brown adlı yeni korpus rəngi

- Təkmilləşdirilmiş kameralar.

Bir neçə müddət bundan öncə Galaxy Note 9 Geekbench bençmark saytında aşkar edilmişdir. Geekbench saytından məlum olmuşdu ki, smartfon 8 nüvəli Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Sonuncu məlumatlara əsasən Samsung şirkəti Galaxy Note 9 modelini bir qədər tez təqdim edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9967
  • ₽ RUB
    0.0256