İKT

“WeChat” 500 milyon məlumatı bloklayıb
08 MAY
160

“WeChat” 500 milyon məlumatı bloklayıb

2018-05-08 10:29:00

Ötən il Çinin ən böyük sosial şəbəkəsi olan “WeChat” 500 milyon ədəd məlumatı bloklayıb. 

Fins.az xəbər verir ki, bunlar təsdiqini tapmayan məlumatlar olub. 

Çinin İnformasiya və Kommunikasiya Texnologiyaları Akademiyası hesabat təqdim edib. Hesabatda deyilir ki, sosial şəbəkənin yaradıcıları messencerə proqram tərtib ediblər. Bu proqram istifadəçilər tərəfindən yayılan müxtəlif şayiələri müəyyən edir. Mütəxəssislər 2014-cü ildə “Malaysia Airlines” təyyarəsinin itməsi ilə bağlı misal çəkiblər. Ötən ilin sonunda tətbiq edilən bu proqram istifadəçilərə təxminən 37 milyon ədəd bildiriş göndərərək bildirib ki, bu məlumat həqiqətə uyğun deyil. 

Bundan başqa, hesabatda deyilir ki, “WeChat” messencerinin yaradıcıları şəxsi məlumatların müdafiəsi ilə bağlı heç bir tədbir görmək niyyətində deyillər. Mütəxəssislər bununla bağlı sorğu keçirmək qərarına gəliblər. Sorğu göstərib ki, rəyi soruşulanların 53 faizi əmindir ki, sosial şəbəkənin rəhbərliyi məlumatları sızmadan müdafiə edə bilməyəcək.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254