İKT

Yeni iPhone X, köhnə iPhone modellerinin ən böyük problemini həll edəcək
08 MAY
266

Yeni iPhone X, köhnə iPhone modellerinin ən böyük problemini həll edəcək

2018-05-08 10:27:00

Hal-hazırda ən çox satan ağıllı telefonların başında, dodaq uçuqladan qiymətinə baxmayaraq iPhone X var. Cihazın dizaynından ilhamlanaraq inkişaf etdirilən 20-dən çox Android istehsalçısı olduğunu da desək, Apple-ın yeni bir trend başlamaq mövzusunda yenə müvəffəqiyyətli olduğunu görə bilərik. Daha əvvəl də bənzər şəkillərdə sevilən işlər Appletərəfindən davam etdirilmişdi. Texnologiya istehlakında dizayn baxımından bir dəyişiklik edilməyəcəksə bir məhsulu satmağın ən etibarlı yolu, onu texniki baxımdan gücləndirməkdir. 
Fins.az xəbər verir ki, Apple, bu il tanıtacağı iPhone X modellərinin dizaynlarını çox dəyişməyəcək, ancaq sürətli enerji yığma xüsusiyyətini hər kəs üçün əlçatan edəcək. Bildiyiniz kimi ötən il bazara çıxarılan iPhone 8, iPhone 8 Plus və iPhone X qutularından standart adapter çıxır, sürətli enerji yığma xüsusiyyətini istifadə etmək üçün Apple-dan ayrı bir adapter alınması lazım idi. 
Android istehsalçılarının qutularından isə uzun illərdir sürətli zaryadka yığan adapterlər çıxır. Sonunda yola gələn Apple, qutulardakı standart adapteri sürətli enerji yığma variantı ilə dəyişdirir. Yeni iPhone X modelləri deyərkən bir əvvəlkinin dizayn xəttlərini davam etdirən 3 fərqli iPhone modelindən bəhs edirik. Bunlardan ikisi ölçü baxımından fərqli, lakin performans baxımından eyni olarkən digəri, qiymət performans cihazı olaraq qarşımıza çıxacaq.
Ortaya çıxan yeni iPhone X (müvəqqəti olaraq iPhone X2 şəklində anılmış) şarj cihazı isə belədir:


Bu adapterlə bir iPhone kobudca 30 dəqiqədə 50 %, bir saatda 80 % nisbətində enerji yığa bilər. Digər tərəfdən bu adapter, 18 Wattlık güc qaynağı ilə iPhone 8, 8 Plus və iPhone X-ı da dəstəkləyəcək.
Apple-ın bu cihazı istifadə etmək adına yeni iPhone X modellərində USB Type-C əlaqəsi istifadə edəcəyi deyilir. Yəni klassikləşən Lightning girişini artıq yeni iPhone cihazlarının parçası olmayacaq kimi görünür.

© Teach.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267