İKT

Apple şirkətinin iOS 13 ilə bağlı planları və ilk məlumatlar ortaya çıxdı: iOS 12 hələ çıxmayıb
07 MAY
228

Apple şirkətinin iOS 13 ilə bağlı planları və ilk məlumatlar ortaya çıxdı: iOS 12 hələ çıxmayıb

2018-05-07 10:15:00

Apple şirkəti yaxın zamanlarda iOS 12-ni rəsmi konfrans ilə təqdim edəcək. Amma ortaya çıxan bəzi məlumatlara görə, şirkət artıq iOS 13 üçün planlar qurur və bir çox yenilik gətirməyi planlayır. 13-cü versiya ilə birliktə Apple iOS sistemini hər tərəfli dəyişməyi planlayır. Yəni həm estetik olaraq, həm də funksionallıq olaraq əvvəlki sistemlərdən fərqlənəcək.

Apple-ın planlarına görə iOS 13 2019-da təqdim ediləcək və "Yukon" kod adına malik olacaq. iOS 13 ilə birliktə sistemdə köklü dəyişikliklər olacaq.    

Ortaya çıxan məlumatlarda qeyd edilir ki, iPad üçün iOS 13 ilə birlikdə macOS sistemində olan bir çox funksiyalar və daha təkminləşmiş fayl menecer olacaq. Apple Pencil qələminin funksionallığı artacaq və əvvəlkinə nəzərən daha fərqli işləyəcək. iOS 13-ün ən böyük fərqli bütün iOS və MacOS proqramları bütün Apple məhsullarında işləyə bilməsi olacaq. Bundan əlavə olaraq, iOS 12 ilə birliktə optimizasiya ediləcək sistem 13 ilə birliktə daha sürətli olacaq. Qeyd edək ki, iOS 12 WWDC 2018 konfransında təqdim ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9635
  • ₽ RUB
    0.0257