İKT

Samsung şirkəti yeni əyilə bilən və şəffaf smartfonun patentini əldə edib
06 MAY
363

Samsung şirkəti yeni əyilə bilən və şəffaf smartfonun patentini əldə edib

2018-05-06 18:44:00

Samsung şirkətinin yeni patent sorğusunda görmək olar ki, cihaz orta tərəfdən üfüqi istiqamətdə əyilə bilir. Bu isə o deməkdir ki, cihaz əsasən üfüqi istifadə üçün nəzərdə tutulub. Şirkət həmçinin cihazın ikinci dizaynının da patentini əldə edib. İkinci dizayn halında smartfon 2 fərqli istiqamətdə əyilir. Üçqat əyilmə texnologiyası cihazdan unikal istifadə fərqliliklərini təqdim edir.

Bu halda cihazın sistemi bütün əyilmə variantlarını təyin edərək bu və ya digər əyilməyə özəl interfeysi istifadəçiyə təqdim edə biləcək. Patent fotolarında orta hissədən əyilən və üçqat əyilən cihazlar əks olunub. Fotolardan birində ilk ekranda elektron poçt mesajları əks olunub və həmin interfeys ekranın tam hissəsini tutub. İkinci ekranda isə tətbiqlər əks olunub. Bundan əlavə olaraq yeni patent sorğuları Samsung şirkətinin şəffaf smartfonlar üzrə planlarını da ortaya qoyur.

İlk dəfə bu texnologiya 2015-ci ildə təqdim olunmuş televizorda əks olunmuşdur. İndi isə növbə smartfonlara çatıb. Şəffaf smartfon artırılmış reallıq texnololgiyası üzrə çalışacaq və istifadəçi real dünyanı ekran vasitəsilə görəcək. Bu halda rəqəmsal kontent məhz artırılmış reallıq texnologiyası sayəsində real dünyanın üzərində əks olunacaq. Təbii ki, istifadəçi həmin kontenti ekran vasitəsilə görə və onunla qarşılıqlı əlaqədə ola biləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276