İKT

“Windows” yeniləməsi dünya kompüterlərinin işində problemlər yaradıb
04 MAY
231

“Windows” yeniləməsi dünya kompüterlərinin işində problemlər yaradıb

2018-05-04 15:43:00

“Windows” əməliyyat sistemi yeniləməsinin quraşdırılması bütün dünya kompüterlərinin fəaliyyətində problemlərə səbəb olub.  
Fins.az xəbər xəbər verir ki, aprelin 30-dan başlayan “April Update” yeniləməsi müxtəlif ölkə istifadəçilərində quraşdırılmış mikrofonun söndürülməsi, çoxkanallı səsin yoxa çıxması, “Alt-Tab” klaviş birləşməsindən istifadə zamanı yubanma, paneldə kontekst menyusunun ləğvi, “mouse” kursorunun hərəkətində yubanmalar, “Edge” brauzerinin yüklənməsində problemlər ilə nəticələnib.
Həmçinin istifadəçilər inteqrasiya edilmiş kartdan istifadə zamanı ekranın təsvir ölçüsünün azalmasından və “Google Chrome” brauzerinin zəif işləməsindən şikayət edirlər.
Bir sıra problemləri funksiya quraşdırmalarında müstəqil aradan qaldırmaq mümkündür, digər problemlər üçün nasazlıqları aradan qaldıran yeni “Windows” yeniləməsi tələb olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9343
  • ₽ RUB
    0.0254