İKT

“YouTube”dan ayda 1,8 milyard nəfər qeydiyyatdan keçmiş insan istifadə edir
04 MAY
228

“YouTube”dan ayda 1,8 milyard nəfər qeydiyyatdan keçmiş insan istifadə edir

2018-05-04 15:20:00

“YouTube”un baş icraçı direktoru Syuzen Voyjitski (Susan Wojcicki) “Radio City Music Hall” səhnəsində xidmətin populyarlığının artması və yeni kontent haqqında danışıb. 
Fins.az xəbər verir ki, o bildirib ki, “YouTube” xidmətindən ayda 1,8 milyard nəfər qeydiyyatdan keçmiş insan istifadə edir. Onlar da baxış zamanı öz qeydlərini yazılı olaraq aparırlar. Ötən ilin iyun ayı ilə müqayisədə istifadəçi bazası 300 milyon nəfər artıb. 
Ancaq nəzərə almaq lazımdır ki, “YouTube”dakı video çarxlara “Google”da qeydiyyatdan keçmədən də baxmaq mümkündür. Bu səbəbdən xidmətin istifadəçi bazası açıqlanan rəqəmdən olduqca çoxdur. 
Təkcə televiziyaları götürsək, gündəlik olaraq “YouTube” istifadəçiləri 150 milyon saat kontenti izləyirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9852
  • ₽ RUB
    0.0255