İKT

“Facebook”un gizli kosmik layihəsi üzə çıxdı — İlon Maskla rəqabət
05 MAY
296

“Facebook”un gizli kosmik layihəsi üzə çıxdı — İlon Maskla rəqabət

2018-05-05 08:49:00
“Facebook” şirkəti ABŞ-ın Federal Rabitə Qurumuna müraciət edib.

Fins.az xəbər verir ki, bu müraciətlər Mark Zukerberqin kosmosda İlon Maskla rəqabətə girişəcəyinə işarə edir.

İddiaya görə, şirkət orbit üzərindən Yeri internetlə təmin edəcək peyklər üzərində işləyir.

“IEEE Spectrum” jurnalı layihənin bir hissəsini əldə edib. Bu məlumat nəticəsində“PointView Tech LLC” adlı şirkətin sınaq peyk planları üzə çıxıb.

“Athena” adlı bir peyk vasitəsilə yüksəksürətli internet təmin ediləcək. Əgər peyk Dünyanın alçaq orbitində yerləşdirilsə, İlon Maskın layihələrinə rəqib olacaq.

Peykin Yerdəki ötürücüsü isə “Facebook”un Los-Ancelesdəki ofisi ilə eyni bölgədə olacaq. Sınaq peyki 2019-cu ildə kosmosa göndəriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254