İKT

Tvitter 330 milyon istifadəçiyə xəbərdarlıq edib – PAROLUNUZU DƏYİŞİN
04 MAY
115

Tvitter 330 milyon istifadəçiyə xəbərdarlıq edib – PAROLUNUZU DƏYİŞİN

2018-05-04 10:48:00

Tvitter sosial şəbəkəsi istifadəçi parollarının səhvən qorunmayan fayla köçürülməsi səbəbindən müraciət yayıb.

Fins.az xəbər verir ki, şirkət baş vermiş texniki problem səbəbindən parolların hər kəs tərəfindən görülə bilən qovluqlara yükləndiyini bildirib. Bu səbəbdən 330 milyon istifadəçiyə parolları dəyişmək məsləhət görülüb. Tvitterin CEO-su Cek Dorsi "Parolların oğurlanması ilə bağlı hər hansı məlumat yoxdur. Amma yenə də istifadəçilərə parollarını dəyişməyi məsləhət görürük" deyib.

Şəbəkədən neçə hesabın bu problemlə üzləşə biləcəyi açıqlanmasa da, "Röyters" agentliyinə danışan məsul şəxslər bu rəqəmin çox böyük olduğunu bildiriblər. 

© Qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277