İKT

Instagram'a ödəniş etmək funksiyası gəlib
04 MAY
156

Instagram'a ödəniş etmək funksiyası gəlib

2018-05-04 10:15:00

Məşhur Instagram fotoservisinə ödəniş etmək funksiyası əlavə olunub. Lakin bu yeni funksiya hələki servisin bəzi tərəfdaşlarına aiddir və ondan hələki yalnız bəzi ABŞ sakinləri istifadə edə bilərlər. Yeni funksiya sayəsində istifadəçi öz Instagram hesabına debet və ya kredit kartını birləşdirərək hansısa məhsulun alınmasının və ya hansısa brendin xidmətinin ödənişini edə bilər.

Bu halda istifadəçi bu və ya digər məhsulu, xidməti təqdim edən tərəfin saytına keçid etmir. Bütün proses Instagram daxilində reallaşdırılır. Instagram hələki bu yeni funksiyanı rəsmi şəkildə anons etməyib. Lakin fotoservis bildirib ki, bu yeni funksiya sayəsində istifadəçilər restoranda yer bron elətdirə və ya hansısa gözəllik salonuna yazılaraq Instagram vasitəsilə ödəməni reallaşdıra biləcəklər. Gələcəkdə isə Instagram vasitəsilə film və digər xidmətlər üçün nəzərdə tutulmuş bilet alışı funksiyası da planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276