İKT

Azercell-in dəstəyilə III Buktreyler Festivalının qalibləri müəyyən olub
03 MAY
215

Azercell-in dəstəyilə III Buktreyler Festivalının qalibləri müəyyən olub

2018-05-03 17:02:00

2 may 2018 ci il tarixində Azercell Telekom MMC-nin tərəfdaş qismində iştirak etdiyi III Buktreyler Festivalının Qala gecəsi baş tutub. Gecədəfestivalın qaliblləri elan olunub və mükafatlandırma mərasimi keçirilib. Beləliklə,birinci yerə xalq yazıçısı Anarın seçilmiş əsərlərinə çəkdiyi treylerə görə Tural Kərimov adlı müəllif layiq görülüb. İkinci yeri Firdovsi Nəbiyev “Şahid” buktreyleri və Cavid Nuriyev “İkimizin hekayəsi” işi ilə paylaşıblar. Üçüncü yerə isə Sərdar Tağıyev “Almafobiya”, Binyamin Sailov “Can nənə, bir nağıl de” və Eybulla Ağadadaşov “Bulud bağçaları” treylerləri iləlayiq görülüblər.

1-ci, 2-ci (2 nəfər) və 3-cü (3 nəfər) yer qalibləri uyğun olaraq 1000, 800 (hər biri) və 500 (hər biri) AZN olmaqla pul mükafatıqazanıblar. Müsabiqəyə təqdim olunmuş buktreylerlərə ölkəmizin tanınmış yazıçıları, kinoşünasları və ictimai xadimlərinin daxil olduğu münsiflər heyəti qiymət verib.Qeyd edək ki, mütaliənin və maariflənmənin cəmiyyətimizdə təbliği, kino sahəsində istedadlı və yaradıcı gənclərin üzə çıxarılması məqsədi daşıyan festivalda çap şəklində nəşrdən çıxmış (nəşr ilindən asılı olmayaraq) azərbaycanlı müəllifin kitabından və ya kitab seriyasından bəhs edən Buktreylerlər iştirak ediblər.

Tədbirdə Azercell-in nümayəndəsihələ 2015-ci ildəşirkət tərəfindən təqdim olunanBookmate kitabxanasının texniki göstəricilərindən bəhs edib, bütün iştirakçılara mobil əlavədən 1 aylıq, qaliblərə isə 1 illik istifadə kodları hədiyyə edilib.

Mütaliə mədəniyyətinin inkişafı, kitaba marağın artırılması üçün indiyə qədər bir sıra uğurlu layihələrə imzaAzercell Telekom bundan sonra da gənclər arasında bu istiqamətdə sosial layihələrin həyata keçirilməsinə dəstək olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276