İKT

“Apple” smartfonları populyarlığını itirir – RƏSMİ HESABAT
03 MAY
125

“Apple” smartfonları populyarlığını itirir – RƏSMİ HESABAT

2018-05-03 16:43:00

“Apple” şirkəti ikinci maliyyə rübü üzrə hesabatını açıqlayıb. 

Fins.az-ın  məlumatına görə, ötən rüb Kupertinyodan olan şirkət 61,14 milyard dollar gəlir əldə edib. 

Ötən rüb şirkət böyük gəlir əldə edib, ancaq ən populyar məhsullarının satışları analitiklərin proqnozlaşdırdığından aşağı olub.

Analitiklər smartfon satışlarının düşəcəyini proqnozlaşdırırdılar və ilkin hesablamalara əsasən, ikinci rüb ərzində şirkət 52,54 milyon ədəd “iPhone” satışını həyata keçirməli idi. Ancaq faktiki olaraq onun tədarükü az olub və rəsmi hesabata görə, bu müddət ərzində 50,76 milyon ədəd “iPhone” satılıb. 

Qeyd etmək lazımdır ki, “Apple” şirkətinin ötən rüb mənfəəti 13,82 milyard dollar olub, onun 11,03 milyard dolları smartfon satışının hesabına başa gəlib. Yerdə qalan hissəsi isə digər cihazların satışlarından və xidmətlərindən əldə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0069
  • ₽ RUB
    0.0273