İKT

Nazirlər Kabinetinin saytında yeni bölmələr yaradılıb
03 MAY
221

Nazirlər Kabinetinin saytında yeni bölmələr yaradılıb

2018-05-03 16:34:00

Azərbaycan Nazirlər Kabinetinin saytı (cabmin.gov.az) yenilənib. “Report”un xəbərinə görə, saytın “Nazirlər Kabineti”, “Nazirlər Kabinetinin Aparatı”, “Vətəndaşların müraciətləri” bölmələrində dəyişikliklər edilib, saytda "Baş nazir", "Baş nazirin müavinləri", "Nazirlər Kabinetinin tərkibi", "İş qaydası" və s. bölmələr yaradılıb. Xatırladaq ki, aprelin 21-də keçirilən Milli Məclisin plenar iclasında Prezident İlham Əliyevin təqdimatına əsasən, Novruz Məmmədovun Baş nazir vəzifəsinə təyinatı məsələsi müzakirə olunub. Müzakirələrdən sonra parlament səsvermə ilə N.Məmmədovun Baş nazir vəzifəsinə təyinatına razılıq verib. Daha sonra isə Prezident İlham Əliyev sərəncam imzalayaraq N.Məmmədovu Baş nazir təyin edib. N.Məmmədovdan əvvəl Baş nazir Artur Rasi-zadə (1996-2018-ci illər) olub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254