İKT

Nokia X modelinin ilk videosu sızdırıldı
03 MAY
316

Nokia X modelinin ilk videosu sızdırıldı

2018-05-03 11:44:00

HMD Global şirkəti 16 May tarixində Nokia X (X6) modelini təqdim edəcək. Smartfonun fotoları artıq daha öncədən sızdırılmışdı. Lakin indi yeni Nokia modelinin əks olunduğu video yayılıb. Videoya əsasən demək olar ki, smartfon metal çərçivələrə və şüşə korpusa sahib olacaq. Smartfon ön paneldən iPhone X-dəki kimi çıxıntılı ekranla təchiz olunacaq

Arxa paneldə isə barmaq izi skanı texnologiyası, ikili kamera və işıqlandırma sistemi var. Smartfonun sağ kənarında yandırıb/söndürmə və səs tənzimlənməsi düymələri yerləşir. Təəssüflər olsun ki, sözügedən video Nokia X-in texniki özəllikləri barədə heç bir məlumat vermir. Şayiələrə əsasən smartfon 19:9 nisbətli 5.8 inç ekranla təchiz olunacaq. Cihazın iki versiyada təqdim olunacağı gözlənilir. Snapdragon 636 prosessoru və 4 GB RAM ilə təchiz olunmuş versiya 255$-a, MediaTek Helio P60 prosessoru və 6 GB RAM ilə təchiz olunmuş versiya isə 285$-a satılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9322
  • ₽ RUB
    0.0256