İKT

“İnstagram” söyüşləri bloklayacaq – YENİ FUNKSİYA
02 MAY
260

“İnstagram” söyüşləri bloklayacaq – YENİ FUNKSİYA

2018-05-02 17:00:00

“İnstagram” sosial şəbəkəsi bu gündən söyüşləri bloklayacaq yeni funksiyanı işə salıb.

Fins.az-ın məlumatına görə, bu funksiya avtomatik işə salınacaq.

Yenilik avtomatik olaraq işə düşəcək. Onu dayandırmaq üçün istifadəçi öz akkuntunun tənzimləmə bölməsinə daxil olmalıdır. “İnstagram”ın boss-meneceri Kevin Sistrom bildirib ki, yeni filtr bu və ya digər akkaunt sahibini təhqir edən, sağlamlıq və rifaha qarşı olan şərhləri avtomatik gizlədəcək.

“İnstagram” hər bir istifadəçinin təkrar etdiyi ifadələr barədə informasiyalar alacaq. Öz fəaliyyətində israrlı olan xuliqanların səhifələri isə bloklanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9479
  • ₽ RUB
    0.0259