İKT

“iPhone” satışı azaldı, “Apple”ın gəliri isə artdı - HESABAT
02 MAY
128

“iPhone” satışı azaldı, “Apple”ın gəliri isə artdı - HESABAT

2018-05-02 13:54:00

“Apple” korporasiyası bu ilin ilk rübünün maliyyə hesabatını açıqlayıb.

Fins.az xəbər verir ki, 2018-ci ilin yanvar-mart aylarında “iPhone” satışları 2017-ci ilin son 3 ayı ilə müqayisədə 32,5% azalıb.

Belə ki, ötən ilin oktyabr-dekabr aylarında dünyada 77,3 milyon ədəd “iPhone” satıldığı halda, bu ilin ilk 3 ayında satışlar 52,2 milyon ədəd təşkil edib. Eyni dövrdə gəlirlər də 2017-ci ilin son 3 ayı ilə müqayisədə 38,3% azalaraq 38 milyard dollar olub. Halbuki 2017-ci ilin son rübündə bu rəqəm 61,6 milyard dollar idi.  

“iPhone” satışlarının azalmasına baxmayaraq, 2018-ci ilin ilk rübündə korporasiyanın gəlirləri ötən ilin eyni dövrü (52,9 milyard $) ilə müqayisədə 15,5% artaraq 61,1 milyard dollar təşkil edib. Şirkətin yanvar-mart dönəmində xalis mənfəəti də keçən ilin eyni dövrünə (11 milyard $) nisbətən 25,5% artaraq 13,8 milyard dollar olub.  

Bundan başqa, “Apple” birjadakı səhmlərinin 100 milyard dollarlıq qismini geri alacağını da açıqlayıb.

© Lent.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9671
  • ₽ RUB
    0.0267