İKT

Uşaqlar üçün smartfon və planşet təqdim edildi
02 MAY
245

Uşaqlar üçün smartfon və planşet təqdim edildi

2018-05-02 08:29:00

“Archos” şirkəti azyaşlı istifadəçilər üçün “Junior” qurğular seriyasını təqdim edib.

İKT.lent.az-ın Ferra.ru saytına istinadən xəbərinə görə, bu seriyaya yaşı 3-dən yuxarı uşaqlar üçün “Junior Tab” planşeti və yeddidən yuxarı uşaqlar üçün “Junior Phone” smartfonu daxildir.

İstehsalçıların məlumatına görə, təqdim edilən qurğularda aparat konfiqurasiyası optimallaşdırılıb və xüsusi proqramlar: valideyn nəzarəti vasitələri və “Qustodio”dan veb-səhifələrin filtri (bir il ödənişsiz), axtarış sistemi, dil, elm və incəsənətin sirlərinə yiyələnmək üçün proqramlar, musiqi dinləmək, video izləmək üçün proqram təminatı, proqramlaşdırma vasitələri quraşdırılıb.

Hər iki qurğu “Android 7 Nougat” mobil əməliyyat sisteminin idarəetməsi altında işləyir. Planşet və smartfonun 2018-ci ilin iyununda Avropada 79,99 avroya satışa çıxarılması planlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9314
  • ₽ RUB
    0.0256